Çaydan, qaynaqdan, bulaqdan, bir artezian, ya da şəlalədən axan suyun hər damlasının hər anı Allah Qatında saxlanmaqdadır. Axan suyun bir damlası belə yox olmaz, itməz. Hər damla sonsuza qədər dayanar. Heç biri boşa getməz. Eynilə, canlılarda olduğu kimi onların da hər anı, hər halı Allahın yaddaşında gizlidir. Kainat var olduğundan bəri yer üzündə axmış, hələ də axan və gələcəkdə də axacaq bütün sular bu an axır. Başqa sözlə desək, hamısı indi bir anda axmaqdadır. Allah zamandan münəzzəhdir və axan suların da əvvəli və sonrası yoxdur. Kainatdakı hər hadisə kimi bu da bir anda baş verir. Sonsuzluğun içində bir zaman vardır və bütün hadisələr bir anda olmaqdadır.
300 il əvvəl Missisipidə bir anda axan su ilə 500 il əvvəl Reyn çayında bir anda axan su, ya da 200 il sonra Firatdan başqa bir anda axacaq su əslində bir anda axmaqdadır. Hamısı bu an, bu dəqiqə axır. Heç birində axan su yox olmaz, sonsuza qədər Allah Qatında axmağa davam edər. http://www.islamexlaqi.com/

Allah hər şeyin məlumatına sahib olandır. Yuxarıdakı ayədə xəbər verildiyi kimi yer üzü var edildiyindən bəri yaradılmış olan bütün yarpaqların, ömürləri boyunca keçirdikləri bütün hadisələri və vəziyyətləri də bilər. Məsələn, minlərlə il əvvəl Babildəki bir ağacın və hətta o ağacdakı bir yarpağın belə məlumatı Allah Qatında gizli dayanmaqdadır. Hətta o yarpağın yerə düşənə qədər keçirdiyi bütün mərhələlər ayrı-ayrı saxlanmaqdadır. Babildə ağacın altında oturub o yarpağın düşməyini izləyən insan fərqində olmasa da, onun düşməyini müşahidə etdiyi saniyələr bir-bir Allahın yaddaşında mövcuddur və bu saniyələrin heç biri yox olmamış, keçmişdə qalmamışdır.
Bir insan yarpağın ağacdan düşməyini çox əhəmiyyətli bir hadisə olaraq qəbul etməyə bilər. Ancaq yer üzündəki gəlmiş-keçmiş bütün yarpaqların düşməyinin və bütün canlıların hər anlarının bu şəkildə "hifz edildiyi" düşünüldüyündə Allahın böyüklüyü və elmi açıq-aşkar bir şəkildə qarşımıza çıxar. Bu, bir Quran ayəsində belə bildirilir:



Yer üzündə canlılıq başladığından bəri yaradılan hər heyvanın həyatındakı hər mərhələ də eynilə mühafizə edilməkdədir. Məsələn, 250 il əvvəl qütbdə yaşamış bir pinqvinin dünyaya gəldiyi ilk an, balıq tutmağı və ovlanmağı ilk dəfə öyrəndiyi an, öldüyü an kimi həyatının hər mərhələsi Allah Qatında mövcuddur. Sonsuza qədər də dayanacaq və bütün bunlar yaşadığımız bu an içində baş verir.
Bizim heç bir zaman görmədiyimiz, həyatına şahid olmadığımız 700 il əvvəl yaşamış bir dəvə, ya da M.ö V əsrdə Amazon meşələrində yaşamış bir timsah, 2200-cü ildə Afrikada yumurtadan çıxacaq bir ilan, ya da bu gün Avstraliyada yaşayan bir kenquru üçün də vəziyyət eynidir. Bu sayılan heyvanların, daha doğrusu gəlmiş və keçmiş bütün heyvanların həyatlarına dair hər detal, hər mərhələ əslində eyni anda, yəni indi olmaqdadır.

Ölüm xalq arasında yanlış qəbul edilir. Ölən bir adama sanki yox oldu gözü ilə baxılır. Ümumiyyətlə, insanların axirətə, sonsuz həyata, cənnət və cəhənnəmə aid məlumatları da qeyri-kafi olduğundan ya ölümdən sonra yenidən diriləcəklərinə heç inanmazlar, ya da buna aid inancları naməlumdur. Bu səbəbdən bir yaxınlarını itirdiklərində onun əbədi olaraq yox olduğunu düşünənlər çoxdur. Halbuki bu tamamilə azğın bir inancdır. Əslində insan doğulduğu (Allah onu varlıq aləminə gətirdiyi) andan etibarən sonsuz həyatına başlamışdır. Həyatındakı digər kadrlar kimi ölüm də bir kadrdır, ancaq əslində o insan diridir. Ölümdən əvvəlki və sonrakı kadrlar və o insana aid hər şey eynilə mühafizə edilir. Məsələn, ölən bir adam haqqında bəzi insanlar cahilcə düşündükləri üçün "çox gənc bir insan idi, heyf oldu" deyərlər. Halbuki, o gənc insana aid hər şey, bütün xüsusiyyətlər, yaşadığı bütün detallar, uşaqlığı, doğumu, ailəsi ilə olan xatirələri canlı bir şəkildə eynilə dayanmaqdadır. Yox olmaz, ya da itməz, yaşananlar olduğu kimi mühafizə edilər. Dünyadakı imtahanın bir gərəyi olaraq insana göstərilməz, yaddaşından və görüntüdən silinər, lakin bu onların olmadığı mənasını verməz.

Bu həqiqəti anlamaq üçün yalnız tarixin dərinliklərini düşünməyə ehtiyac yoxdur. Hər kəsin çox uzun zənn etdiyi öz həyatı üçün də bu həqiqət etibarlıdır. Sizin yeni doğulduğunuz, ananızın qucağına verildiyiniz o ilk an yox olmamışdır. O kadr, ya da o görüntü, ya da o hadisə sonsuza qədər var olacaq. Çünki Allah Qatında "hifz edilmiş"dir. Lakin daha əvvəl də ifadə edildiyi kimi siz 5 duyğu orqanınızdan asılı olduğunuz üçün və sizin yaddaşınızda bu məlumat saxlanmadığı üçün belə bir səhnəni görmürsünüz. Bu, həyatınız boyunca başınıza gələn hər hadisə üçün etibarlıdır. İbtidai məktəbə başladığınız gün, ya da uşaqkən qeyd etdiyiniz bir ad gününüz, başınıza gələn bir hadisə, liseyi bitirdiyiniz gün, universitet diplomunuzu aldığınız an, evliliyiniz və bunun kimi daha minlərlə hadisə əslində Allah Qatında eyni anda mövcuddur. Bu hadisələrin heç biri itməmiş və sonsuza qədər canlı olaraq mövcud olacaq.

Bu ana qədər yer üzündə yaşanmış bütün hadisələr Allah Qatında bir anda yaşanmaqdadır. Hz. Musanın (ə.s), Hz. İbrahimin (ə.s), Hz. Əyyubun (ə.s), Hz. Nuhun (ə.s), Hz. Süleymanın (ə.s), Hz. Məhəmmədin (s.ə.v.) və digər peyğəmbərlərin həyatlarından verilən nümunələr də onların yaşadıqları hadisələrin zamanı ilə bizim yaşadığımız zaman da eynidir və bizim nəvələrimizin, hətta onların nəvələrinin və qiyamətə qədər yaşayacaq bütün insanların həyatları da eyni zamanda davam edir. Üstəlik bu insanlar Allaha iman edənlər bu anda cənnətdədirlər, inkarçılar isə bu an cəhənnəmdə əzab çəkirlər.
Peyğəmbərimizin (s.ə.v.) yaşadığı hadisələrin heç biri itməmişdir, sonsuza qədər Allah Qatında dayanacaq. Bu hadisələr bizə 1400 il əvvəl olmuş kimi qəbul etdirilir, amma əslində bu an Peyğəmbərimiz (s.ə.v.) Miracdadır, bu an yanındakı yoldaşı ilə birlikdə mağaraya sığınmışdır. Peyğəmbərimiz (s.ə.v.) bu an Bədəvilərə təbliğ edir. Bu hadisələr yaşanmış və bitmiş hadisələr deyil. Əksinə sonsuza məhkum edilmiş, yox olması mümkün olmayan hadisələrdir. Ancaq bunların heç biri bizim yaddaşımızda olmadığı, ya da canlandırılmadığı üçün biz görmürük, şahid olmuruq, ya da yaşamırıq. http://www.islamexlaqi.com/post_viewer.php?id=4

Allah Qatında hər hadisənin bir anda meydana gəlməyini belə bir misalla da açıqlaya bilərik: Qarşınızda böyük bir şəhərin xəritəsinin olduğunu düşünün. Xəritədə şəhərin prospektləri, küçələri, bu küçələrdə irəliləyən nəqliyyat vasitələri, sağa-sola düzülmüş binalar və insanlar çəkilmiş olsun. Bu xəritədə şəhərin bir yerindən başqa yerinə çatmağa çalışan bir adamın görüntüsünün də çəkildiyini fərz edin. İndi bu adam üçün şəhərin bir yerindən digərinə qədər olan məsafə müəyyən bir uzaqlıqdadır və bu uzaqlığı dəf etməsi üçün də müəyyən bir zaman lazımdır. Adam ancaq bilmədiyi zaman sonunda istədiyi yerə çatmış olacaq. Eyni anda iki yerdə birdən olması mümkün deyil. Amma bu vəziyyət xəritəyə kənardan baxan bir adama aid deyil. Siz xəritəyə baxdığınızda şəhərin bir yerindən digərinə qədər olan hər şeyi bir anda görə bilərsiniz, üstəlik bunun üçün bir zamana da ehtiyacınız yoxdur.

Allahın Xaliq adı "Hər şeyin varlığını və varlığı boyunca keçirəcəyi halları, hadisələri təyin və təsbit edən və ona görə yaradan, yoxluqdan var edən" mənasındadır. Allah Xaliq sifəti ilə insanları ana bətnində yaratdığı andan etibarən onlar üçün sonsuzluq da başlamışdır. İnsan ana bətnində keçirdiyi inkişaf mərhələlərini, əlbəttə ki, xatırlamaz, ancaq bunun hər anı Allah Qatında mövcuddur və qətiyyən itməz. İnsanın körpəlik və böyümə mərhələləri də öz yaddaşından silinər. İnsan Allah göstərmədiyi müddətdə bu kadrları görə bilməz, bəzilərini də yalnız xatirə olaraq bilər. Yaşadığı an gördüyü şeylər isə yalnız özünə hiss etdirilən hisslərdir. Lakin Allahın sonsuz yaddaşında hər şey olduğu kimi saxlanılır. İnsanların yaşadıqları hadisələr, başlarına gələn hadisələri və həyatlarındakı hər şeyi Allah yaratmışdır və heç biri yox olmaz. Bu ona görədir ki, siz göylərdə və yerdə olanların Allaha bəlli olmasını və Allahın hər şeyi Bilən olduğunu anlayasınız.”  (Maidə surəsi, 97) ayəsində bildirildiyi kimi, hər şey Allah Qatında mühafizə edilir.

Biz 5 duyğu orqanımız vasitəsilə hiss edir və yaşayırıq. Beş duyğunun icazə verdiyi şeyləri qəbul edir, bunun xaricinə heç bir zaman çıxa bilmirik. Yaşadığımız zamanı və məkanı da belə hiss edirik. Beynimiz 5 duyğu ilə bir varlığı təsbit edə bilmirsə, o varlıq üçün "yox oldu" deyirik. Buna bağlı olaraq yaddaşımız hansı hadisəni, ya da görüntünü mühafizə etsə, o bizim üçün vardır, yəni diridir, nəyi unutsa, artıq o bizim üçün yoxdur. Başqa sözlə desək, yaddaşımızda olmayan varlıqlar və hadisələr bizim üçün ölmüşdür, keçmişdir, yox olmuşdur.
Lakin bu, yalnız insanlara aiddir, çünki yalnız insanların yaddaşı məhduddur. Allahın yaddaşı isə sərhədsiz və sonsuzdur. Ancaq bunu da qeyd etmək lazımdır ki, "Allahın yaddaşı" anlayışının istifadə edilməsi yalnız mövzunu açıqlayamaq məqsədi daşıyır, yoxsa iki yaddaş arasında hər hansı bir müqayisə, ya da bənzətmə edilməsi əsla mümkün deyil. Allah hər şeyi yoxdan var edən və hər şeyi incəliyinə qədər biləndir.
Allah Quranda Özünü bəzi sifətləri ilə tanıtmışdır. Bunlardan biri də Hafiz, yəni "görülən bütün işləri incəliyinə qədər saxlayan, qoruyan, mühafizə edən" sifətidir və bu sözün ardında çox əhəmiyyətli sirlər gizlidir. http://www.deriniman.org/

Maddənin əsli ilə zamansızlıq və məkansızlıq mövzularını təhlil etdiyimiz bu hissədə izah edilənlər, əslində son dərəcə açıq həqiqətlərdir. Daha əvvəl də ifadə edildiyi kimi bunlar bir fəlsəfə və ya bir düşüncə forması deyil, inkar edilməsi mümkün olmayan elmi həqiqətlərdir. Texniki bir həqiqət olmasının xaricində ağıla əsaslanan və məntiqi dəlillər də bu mövzuda başqa alternativə yer vermir: Kainat, onu meydana gətirən maddələr və içindəki insanlarla və zamanla birlikdə bir görüntü varlıqdır. Yəni əsli ilə əlaqədə ola bilmədiyimiz, zehində yaşanan bir hisslər toplusudur.
Materialistlər bu həqiqəti anlamaqda çətinlik çəkirlər. Materialistlərin bu mövzunu anlaya bilməmələrinin əsl səbəbi isə anladıqlarında qarşı-qarşıya qalacaqları həqiqətin şüuraltında böyük bir qorxu meydana gətiməsidir. Lincoln Barnett bu mövzunun yalnız "sezilməsinin" belə materialist elm adamlarını qorxutduğunu və narahat etdiyini belə ifadə edir:

Adnan Oktar

Adnan Oktar
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli-mənəvi dəyərlərə çox bağlı olan və inandığı müqəddəs dəyərləri başqa insanlara çatdırmağı insani bir vəzifə kimi qəbul edən Adnan Oktar məfkurə mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində təhsil aldığı dövrlərdə başlamışdır. Tələbəlik illəri boyunca ətrafında hökm sürən materialist fəlsəfə və ideologiyaların azğınlıqları haqqında, onları müdafiə edənlərdən daha çox məlumata və izaha malik olacaq qədər ətraflı tədqiqatlar aparmışdır. Bu məlumatlarının nəticəsində isə milli-mənəvi dəyərlərimizi təhdid edən, separatçı ideologiyaların əsaslarını təşkil edən darvinizmin və təkamül nəzəriyyəsinin dünyaya gətirdiyi zərərlər və bu nəzəriyyənin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı əsərlər hazırlamışdır. "New Scientist" jurnalının 2000-ci il, aprel ayının 22-dəki sayındakı ifadə ilə desək, təkamül nəzəriyyəsinin və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində cənab Oktar "beynəlxalq bir qəhrəman"a çevrilib.

harunyahya.tv

Çevremizdeki nimetler

İmtihanın sırrı

Gören göz değildir

İman hakikatleri

sehifeler


sayğac