Yaşadığımız dünya ilə əlaqədar bütün məlumatlar bizə beş duyğu orqanımız vasitəsilə verilir. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyarıq. Doğulduğumuz andan etibarən bu duyğulara bağlı olduğumuz üçün "xarici dünya"nın duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik.
Halbuki, bu gün bir çox elm sahəsində aparılan tədqiqatlar son dərəcə fərqli bir anlayışı özü ilə gətirmiş və bu, hisslərimiz və qəbul etdiyimiz dünya ilə əlaqədar ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.
Bu yeni anlayışın çıxış nöqtəsi isə budur: bizim "xarici dünya" hesab etdiklərimiz yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızılığı, taxtanın bərk olması,  ananız, atanız, ailəniz, sahib olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri haqqında sahib olduğunuz məlumat elektrik siqnallarından ibarətdir. Yəni, biz heç vaxt almanın əsl rəngini, taxtanın əsl quruluşunu, anamızın, atamızın, sevdiklərimizin əsl hallarını bilmirik. Bunların hamısı kənarda Allahın yaratması olaraq vardır, amma biz həyatımız boyunca yalnız beynimizdəki kopiyaları ilə əlaqədə oluruq.

0 şərh:

Отправить комментарий

Adnan Oktar

Adnan Oktar
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli-mənəvi dəyərlərə çox bağlı olan və inandığı müqəddəs dəyərləri başqa insanlara çatdırmağı insani bir vəzifə kimi qəbul edən Adnan Oktar məfkurə mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində təhsil aldığı dövrlərdə başlamışdır. Tələbəlik illəri boyunca ətrafında hökm sürən materialist fəlsəfə və ideologiyaların azğınlıqları haqqında, onları müdafiə edənlərdən daha çox məlumata və izaha malik olacaq qədər ətraflı tədqiqatlar aparmışdır. Bu məlumatlarının nəticəsində isə milli-mənəvi dəyərlərimizi təhdid edən, separatçı ideologiyaların əsaslarını təşkil edən darvinizmin və təkamül nəzəriyyəsinin dünyaya gətirdiyi zərərlər və bu nəzəriyyənin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı əsərlər hazırlamışdır. "New Scientist" jurnalının 2000-ci il, aprel ayının 22-dəki sayındakı ifadə ilə desək, təkamül nəzəriyyəsinin və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində cənab Oktar "beynəlxalq bir qəhrəman"a çevrilib.

harunyahya.tv

Çevremizdeki nimetler

İmtihanın sırrı

Gören göz değildir

İman hakikatleri

sehifeler


sayğac