Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və "maddə", "dünya", ya da "kainat" dediyimiz anlayışların əsli ilə heç bir zaman əlaqədə olmarıq, biz bunların yalnız beynimizdəki kopiyalarını bilərik.
Məsələn, meyvə yeyən biri əslində meyvənin beynindəki qəbulu ilə əlaqədədir, əsli ilə deyil. Adamın "meyvə" deyə xarakterizə etdiyi şey, meyvənin forması, dadı, qoxusu və sərtliyinə aid elektrik siqnalının beyində qəbul edilməsindən ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görünüşü də bir anda yox olar. Və ya burundakı qəbuledicilərdən beyinə uzanan sinirdəki bir qopuqluq olsa, qoxu qəbulunuzu tamamilə ortadan qaldırar. Çünki meyvə bəzi elektrik siqnallarını beyinin şərh etməsindən başqa bir şey deyil.
Üzərində düşünülməsi lazım olan başqa bir xüsusiyyət uzaqlıq hissi ilə bağlıdır. Məsələn, bu kitabla aranızdakı məsafə, yalnız beyninizdə meydana gələn bir boşluq hissidir. Bir insanın özündən çox uzaqda sandığı maddələr də əslində beyninin içindədir. İnsan göyə baxıb ulduzları seyr edər və bunların milyonlarla işıq ili uzaqda olduqlarını sanar. Halbuki ulduzlar onun içində, beynindəki görmə mərkəzindədirlər. Bu yazıları oxuyarkən içində oturduğunuzu sandığınız otağının da əslində içində deyilsiniz: əksinə otaq sizin içinizdədir. Bədəninizi görməyiniz sizi otağının içində olduğunuza inandırır. Ancaq bunu unutmayın: bədəninizin də əslini heç bir zaman görmədiniz, həmişə beyninizdə yaranan kopiyasını müşahidə etdiniz.
Bu vəziyyət başqa hisslərinizə də aiddir. Məsələn, siz otaqdakı televizorun səsini eşitdiyinizi sanırsınız, əslində isə beyninizin içindəki səsi eşidirsiniz. Metrlər uzaqdan gəldiyini sandığınız səs də, yanınızdakı adamın danışması da əslində beyninizdəki bir neçə sm-lik eşitmə mərkəzində qəbul edilir. Bu qəbul mərkəzinin xaricində sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çatmaz: səsin gəldiyi bir istiqamət yoxdur.
Qəbul etdiyiniz qoxular da belədir: heç biri uzaq bir məsafədən sizə çatmaz. Qoxu hissetmə mərkəzinizdə yaranan təsirləri maddələrin əsl qoxusu zənn edərsiniz. Halbuki bir gülün görünüşü necə görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu hissetmə mərkəzinizin içindədir: gülün əslini və qoxusunu heç bir zaman bilməzsiniz.
Çünki hisslərimizin bizə tanıtdığı "xarici dünya" eyni anda beynimizə çatan "elektrik siqnalları"dır.. Beynimiz həyatımız boyunca bu siqnalları dəyərləndirir. Biz də bunları maddənin "əsli" sanaraq yanıldığımızın fərqində olmadan bir ömür sürürük. Yanılırıq, çünki hisslərimizlə maddənin özünə əsla çata bilmirik.
Əsli ilə əlaqədə olduğumuzu sandığımız "xarici dünya ilə" əlaqədar siqnalları şərh edib mənalı hala gətirən də, bizim beynimizdir. Məsələn, eşitmə qəbulunu izah edək. Qulağımıza gələn səs dalğalarının şərhini edərək onu bir simfoniyaya çevirən əslində beynimizdir. Yəni biz musiqinin beynimizin şərh etdiyi halını bilirik, kənardakı əslini deyil. Rəngləri görərkən də əslində gözümüzə çatan yalnız işığın müxtəlif dalğalarıdır. Bu müxtəlif dalğaları rənglərə çevirən yenə də beynimizdir. "Xarici dünyadakı rənglərin necə olduğu bizim üçün məchuldur. Biz almanın əsl qırmızısı ilə, səmanın əsl mavisi ilə, ağacların əsl yaşılı ilə heç bir zaman əlaqədə olmarıq. Xarici dünya tamamilə qəbul edənə bağlıdır.
Gözdəki retinada yaranan kiçik bir dəyişiklik rəng korluğuna səbəb olur. Bəzi insanlar mavini yaşıl, bəzisi qırmızını mavi, bəzisi də rəngləri bozun müxtəlif tonları şəklində görür.

0 şərh:

Отправить комментарий

Adnan Oktar

Adnan Oktar
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli-mənəvi dəyərlərə çox bağlı olan və inandığı müqəddəs dəyərləri başqa insanlara çatdırmağı insani bir vəzifə kimi qəbul edən Adnan Oktar məfkurə mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində təhsil aldığı dövrlərdə başlamışdır. Tələbəlik illəri boyunca ətrafında hökm sürən materialist fəlsəfə və ideologiyaların azğınlıqları haqqında, onları müdafiə edənlərdən daha çox məlumata və izaha malik olacaq qədər ətraflı tədqiqatlar aparmışdır. Bu məlumatlarının nəticəsində isə milli-mənəvi dəyərlərimizi təhdid edən, separatçı ideologiyaların əsaslarını təşkil edən darvinizmin və təkamül nəzəriyyəsinin dünyaya gətirdiyi zərərlər və bu nəzəriyyənin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı əsərlər hazırlamışdır. "New Scientist" jurnalının 2000-ci il, aprel ayının 22-dəki sayındakı ifadə ilə desək, təkamül nəzəriyyəsinin və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində cənab Oktar "beynəlxalq bir qəhrəman"a çevrilib.

harunyahya.tv

Çevremizdeki nimetler

İmtihanın sırrı

Gören göz değildir

İman hakikatleri

sehifeler


sayğac