Maddənin əsli ilə zamansızlıq və məkansızlıq mövzularını təhlil etdiyimiz bu hissədə izah edilənlər, əslində son dərəcə açıq həqiqətlərdir. Daha əvvəl də ifadə edildiyi kimi bunlar bir fəlsəfə və ya bir düşüncə forması deyil, inkar edilməsi mümkün olmayan elmi həqiqətlərdir. Texniki bir həqiqət olmasının xaricində ağıla əsaslanan və məntiqi dəlillər də bu mövzuda başqa alternativə yer vermir: Kainat, onu meydana gətirən maddələr və içindəki insanlarla və zamanla birlikdə bir görüntü varlıqdır. Yəni əsli ilə əlaqədə ola bilmədiyimiz, zehində yaşanan bir hisslər toplusudur.
Materialistlər bu həqiqəti anlamaqda çətinlik çəkirlər. Materialistlərin bu mövzunu anlaya bilməmələrinin əsl səbəbi isə anladıqlarında qarşı-qarşıya qalacaqları həqiqətin şüuraltında böyük bir qorxu meydana gətiməsidir. Lincoln Barnett bu mövzunun yalnız "sezilməsinin" belə materialist elm adamlarını qorxutduğunu və narahat etdiyini belə ifadə edir:
Filosoflar bütün obyektiv həqiqətləri hisslərin bir kölgə dünyası halına gətirərkən, elm adamları insani duyğuların sərhədlərini qorxu və narahatlıq ilə sezdilər.
Maddənin əsli ilə əlaqədə ola bilmədiyi və zamanın bir hiss olduğu həqiqəti izah edildiyində bir materialist böyük qorxu keçirər. Çünki maddə və zaman onun üçün mütləq varlıq olan iki anlayışdır. Bunlar sanki tapındığı bütdür, çünki maddə və zaman tərəfindən (təkamül yolu ilə) yaradıldığına inanır. (Allahı tənzih edirik)
Yaşadığı kainatın, dünyanın, bədəninin, digər insanların, fikirlərindən təsirləndiyi materialist filosofların, qısacası heç bir şeyin əsilləri ilə qarşılaşa bilmədiyini hiss etdiyində isə bütün mənliyini dəhşət bürüyür. Güvəndiyi, inandığı, mədət umduğu hər şey bir anda özündən uzaqlaşıb itir. Əslini məhşər günü yaşayacağı və "O gün (müşriklər) Allaha təslim olduqlarını bildirəcək və uydurduqları (büt­lər) onlardan uzaqlaşıb qeyb olacaqlar" (Nəhl surəsi, 87) ayəsində xəbər verilən çarəsizliyi hiss edir.
Bu andan etibarən materialist özünü maddənin əsli ilə əlaqədə olduğuna inandırmağa çalışır, bunun üçün "dəlil"lər gətirir: yumruğunu divara vurur, daşları təpikləyir, qışqırır, çığırır, amma əsla həqiqətən xilas ola bilmir.
Materialistlər bu həqiqəti öz başlarından atmaq istədikləri kimi, digər insanların da zehnindən uzaqlaşdırmaq istəyirlər. Çünki maddənin əsl mahiyyəti insanlar tərəfindən bilindiyi təqdirdə, fəlsəfələrinin primitivliyinin və cahil dünyagörüşlərinin ortaya çıxacağının, fikirlərini izah edəcək bir zəmin qalmayacağının fərqindədirlər. Burada izah edilən həqiqətdən bu cür narahat olmalarının səbəbi məhz yaşadıqları bu qorxulardır.
Allah inkarçıların bu qorxularının axirətdə daha da şiddətlənəcəyini bildirmişdir. Hesab günü Allah onlara belə səslənəcək:

O gün onların hamısını (bir yerə) toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?” (Ənam surəsi, 22)

Bunun ardından inkarçılar dünyada əslinə çatdıqlarını zənn edərək Allaha şərik qoşduqları mallarının, övladlarının, ətrafındakı insanların özlərindən uzaqlaşdığına və tamamilə yox olduqlarına şahid olacaqlar. Allah bu həqiqəti də "Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydurduqları (bütlər) isə onlardan uzaqlaşıb yox olacaqlar. " (Ənam surəsi, 24) ayəsi ilə xəbər vermişdir.

0 şərh:

Отправить комментарий

Adnan Oktar

Adnan Oktar
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli-mənəvi dəyərlərə çox bağlı olan və inandığı müqəddəs dəyərləri başqa insanlara çatdırmağı insani bir vəzifə kimi qəbul edən Adnan Oktar məfkurə mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində təhsil aldığı dövrlərdə başlamışdır. Tələbəlik illəri boyunca ətrafında hökm sürən materialist fəlsəfə və ideologiyaların azğınlıqları haqqında, onları müdafiə edənlərdən daha çox məlumata və izaha malik olacaq qədər ətraflı tədqiqatlar aparmışdır. Bu məlumatlarının nəticəsində isə milli-mənəvi dəyərlərimizi təhdid edən, separatçı ideologiyaların əsaslarını təşkil edən darvinizmin və təkamül nəzəriyyəsinin dünyaya gətirdiyi zərərlər və bu nəzəriyyənin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı əsərlər hazırlamışdır. "New Scientist" jurnalının 2000-ci il, aprel ayının 22-dəki sayındakı ifadə ilə desək, təkamül nəzəriyyəsinin və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində cənab Oktar "beynəlxalq bir qəhrəman"a çevrilib.

harunyahya.tv

Çevremizdeki nimetler

İmtihanın sırrı

Gören göz değildir

İman hakikatleri

sehifeler


sayğac