Müasir elmin bu tapıntılarının bizə göstərdiyi nəticə zamanın materialistlərin sandığı kimi mütləq bir həqiqət deyil, nisbi olaraq qəbul edilməsidir. Bu mövzudakı əhəmiyyətli həqiqət isə XX əsrə qədər elmin fərqində olmadığı bu həqiqətin bundan 14 əsr əvvəl endirilmiş Quranda bildirilməsidir. Quran ayələrində zamanın nisbi bir anlayış olduğunu göstərən şərhlər mövcuddur.
Müasir elm tərəfindən təsdiqlənən, zamanın psixoloji bir qəbul olduğu, yaşanan hadisəyə, məkana və şərtlərə görə fərqli hiss edilmə həqiqətini bir çox Quran ayəsində görmək mümkündür. Məsələn, bir insanın bütün həyatı Quranda bildirildiyinə görə çox qısa bir müddətdir:
O gün Allah sizi çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və (dünyada) çox az qaldığınızı güman edəcəksiniz. (İsra surəsi, 52)

(Allah) onları (bir yerə) toplayacağı gün, sanki gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar … (Yunus surəsi, 45)

Bəzi ayələrdə isə insanlara zamanın sandıqlarından da qısa bir müddətdə keçdiyi belə bildirilir:

Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən (günləri) sayanlardan soruş”– deyəcəklər. (Allah) deyəcək: “Siz (orada) çox az qaldınız. Kaş (bunu) biləydiniz! (Muminun surəsi, 112-114)

Başqa ayələrdə də zamanın müxtəlif mühitlərdə fərqli sürətlə keçdiyi bildirilir:

... Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi, 47)

Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar. (Məaric surəsi, 4)

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da (bu işlər) sizin saydığınız (illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir. (Səcdə surəsi, 5)

Bu ayələr zamanın nisbiliyini açıq surətdə göstərir. Elm tərəfindən XX əsrdə məlum olan bu nəticənin bundan 1400 il əvvəl Quranda bildirilməsi isə, əlbəttə, Quranı zamanı və məkanı tamamilə əhatə edən Uca Allahın endirdiyinin dəlillərindən biridir.
Quranın daha bir çox ayəsində istifadə edilən üslub açıqca zamanın bir qəbul olduğunu ortaya qoyur. Məsələn, Allah Quranda bəhs edilən mömin birlik olan Kəhf əhlini üç əsrdən çox dərin bir yuxuya vermişdir. Daha sonra oyandırdığında isə bu insanlar zaman olaraq çox az bir müddət yatdıqlarını düşünmüşlər, nə qədər yatdıqlarını təxmin edə bilməmişlər:

Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). Sonra iki dəstədən hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf surəsi, 11-12)

Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “(Burada) nə qədər qaldınız?”– dedi. (Bəziləri:) “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. (Digərləri də )dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir... (Kəhf surəsi, 19)

Aşağıdakı ayədə izah edilən vəziyyət də zamanın əslində psixoloji bir qəbul olduğunun əhəmiyyətli bir dəlilidir.

Və ya (damları) uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (hekayətini) bilmirsənmi? O demişdi: “Allah bu kəndiölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” (Allah) dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi. (Bəqərə surəsi, 259) 

Göründüyü kimi, bu ayə zamanı yaradan Allahın zamandan münəzzəh olduğunu açıqca göstərir. İnsan isə Allahın özü üçün təqdir etdiyi zamandan asılıdır. Ayədə göründüyü kimi, insan nə qədər yatdığını belə bilməkdə acizdir. Belə bir vəziyyətdə (materialistlərin yanlış məntiqi kimi) zamanın mütləq olduğunu zənn etmək son dərəcə ağılsız bir iddia olacaq. http://www.quranelmeyolgosterir.com/

0 şərh:

Отправить комментарий

Adnan Oktar

Adnan Oktar
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli-mənəvi dəyərlərə çox bağlı olan və inandığı müqəddəs dəyərləri başqa insanlara çatdırmağı insani bir vəzifə kimi qəbul edən Adnan Oktar məfkurə mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində təhsil aldığı dövrlərdə başlamışdır. Tələbəlik illəri boyunca ətrafında hökm sürən materialist fəlsəfə və ideologiyaların azğınlıqları haqqında, onları müdafiə edənlərdən daha çox məlumata və izaha malik olacaq qədər ətraflı tədqiqatlar aparmışdır. Bu məlumatlarının nəticəsində isə milli-mənəvi dəyərlərimizi təhdid edən, separatçı ideologiyaların əsaslarını təşkil edən darvinizmin və təkamül nəzəriyyəsinin dünyaya gətirdiyi zərərlər və bu nəzəriyyənin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı əsərlər hazırlamışdır. "New Scientist" jurnalının 2000-ci il, aprel ayının 22-dəki sayındakı ifadə ilə desək, təkamül nəzəriyyəsinin və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində cənab Oktar "beynəlxalq bir qəhrəman"a çevrilib.

harunyahya.tv

Çevremizdeki nimetler

İmtihanın sırrı

Gören göz değildir

İman hakikatleri

sehifeler


sayğac