Çaydan, qaynaqdan, bulaqdan, bir artezian, ya da şəlalədən axan suyun hər damlasının hər anı Allah Qatında saxlanmaqdadır. Axan suyun bir damlası belə yox olmaz, itməz. Hər damla sonsuza qədər dayanar. Heç biri boşa getməz. Eynilə, canlılarda olduğu kimi onların da hər anı, hər halı Allahın yaddaşında gizlidir. Kainat var olduğundan bəri yer üzündə axmış, hələ də axan və gələcəkdə də axacaq bütün sular bu an axır. Başqa sözlə desək, hamısı indi bir anda axmaqdadır. Allah zamandan münəzzəhdir və axan suların da əvvəli və sonrası yoxdur. Kainatdakı hər hadisə kimi bu da bir anda baş verir. Sonsuzluğun içində bir zaman vardır və bütün hadisələr bir anda olmaqdadır.
300 il əvvəl Missisipidə bir anda axan su ilə 500 il əvvəl Reyn çayında bir anda axan su, ya da 200 il sonra Firatdan başqa bir anda axacaq su əslində bir anda axmaqdadır. Hamısı bu an, bu dəqiqə axır. Heç birində axan su yox olmaz, sonsuza qədər Allah Qatında axmağa davam edər. http://www.islamexlaqi.com/

Allah hər şeyin məlumatına sahib olandır. Yuxarıdakı ayədə xəbər verildiyi kimi yer üzü var edildiyindən bəri yaradılmış olan bütün yarpaqların, ömürləri boyunca keçirdikləri bütün hadisələri və vəziyyətləri də bilər. Məsələn, minlərlə il əvvəl Babildəki bir ağacın və hətta o ağacdakı bir yarpağın belə məlumatı Allah Qatında gizli dayanmaqdadır. Hətta o yarpağın yerə düşənə qədər keçirdiyi bütün mərhələlər ayrı-ayrı saxlanmaqdadır. Babildə ağacın altında oturub o yarpağın düşməyini izləyən insan fərqində olmasa da, onun düşməyini müşahidə etdiyi saniyələr bir-bir Allahın yaddaşında mövcuddur və bu saniyələrin heç biri yox olmamış, keçmişdə qalmamışdır.
Bir insan yarpağın ağacdan düşməyini çox əhəmiyyətli bir hadisə olaraq qəbul etməyə bilər. Ancaq yer üzündəki gəlmiş-keçmiş bütün yarpaqların düşməyinin və bütün canlıların hər anlarının bu şəkildə "hifz edildiyi" düşünüldüyündə Allahın böyüklüyü və elmi açıq-aşkar bir şəkildə qarşımıza çıxar. Bu, bir Quran ayəsində belə bildirilir:



Yer üzündə canlılıq başladığından bəri yaradılan hər heyvanın həyatındakı hər mərhələ də eynilə mühafizə edilməkdədir. Məsələn, 250 il əvvəl qütbdə yaşamış bir pinqvinin dünyaya gəldiyi ilk an, balıq tutmağı və ovlanmağı ilk dəfə öyrəndiyi an, öldüyü an kimi həyatının hər mərhələsi Allah Qatında mövcuddur. Sonsuza qədər də dayanacaq və bütün bunlar yaşadığımız bu an içində baş verir.
Bizim heç bir zaman görmədiyimiz, həyatına şahid olmadığımız 700 il əvvəl yaşamış bir dəvə, ya da M.ö V əsrdə Amazon meşələrində yaşamış bir timsah, 2200-cü ildə Afrikada yumurtadan çıxacaq bir ilan, ya da bu gün Avstraliyada yaşayan bir kenquru üçün də vəziyyət eynidir. Bu sayılan heyvanların, daha doğrusu gəlmiş və keçmiş bütün heyvanların həyatlarına dair hər detal, hər mərhələ əslində eyni anda, yəni indi olmaqdadır.

Ölüm xalq arasında yanlış qəbul edilir. Ölən bir adama sanki yox oldu gözü ilə baxılır. Ümumiyyətlə, insanların axirətə, sonsuz həyata, cənnət və cəhənnəmə aid məlumatları da qeyri-kafi olduğundan ya ölümdən sonra yenidən diriləcəklərinə heç inanmazlar, ya da buna aid inancları naməlumdur. Bu səbəbdən bir yaxınlarını itirdiklərində onun əbədi olaraq yox olduğunu düşünənlər çoxdur. Halbuki bu tamamilə azğın bir inancdır. Əslində insan doğulduğu (Allah onu varlıq aləminə gətirdiyi) andan etibarən sonsuz həyatına başlamışdır. Həyatındakı digər kadrlar kimi ölüm də bir kadrdır, ancaq əslində o insan diridir. Ölümdən əvvəlki və sonrakı kadrlar və o insana aid hər şey eynilə mühafizə edilir. Məsələn, ölən bir adam haqqında bəzi insanlar cahilcə düşündükləri üçün "çox gənc bir insan idi, heyf oldu" deyərlər. Halbuki, o gənc insana aid hər şey, bütün xüsusiyyətlər, yaşadığı bütün detallar, uşaqlığı, doğumu, ailəsi ilə olan xatirələri canlı bir şəkildə eynilə dayanmaqdadır. Yox olmaz, ya da itməz, yaşananlar olduğu kimi mühafizə edilər. Dünyadakı imtahanın bir gərəyi olaraq insana göstərilməz, yaddaşından və görüntüdən silinər, lakin bu onların olmadığı mənasını verməz.

Bu həqiqəti anlamaq üçün yalnız tarixin dərinliklərini düşünməyə ehtiyac yoxdur. Hər kəsin çox uzun zənn etdiyi öz həyatı üçün də bu həqiqət etibarlıdır. Sizin yeni doğulduğunuz, ananızın qucağına verildiyiniz o ilk an yox olmamışdır. O kadr, ya da o görüntü, ya da o hadisə sonsuza qədər var olacaq. Çünki Allah Qatında "hifz edilmiş"dir. Lakin daha əvvəl də ifadə edildiyi kimi siz 5 duyğu orqanınızdan asılı olduğunuz üçün və sizin yaddaşınızda bu məlumat saxlanmadığı üçün belə bir səhnəni görmürsünüz. Bu, həyatınız boyunca başınıza gələn hər hadisə üçün etibarlıdır. İbtidai məktəbə başladığınız gün, ya da uşaqkən qeyd etdiyiniz bir ad gününüz, başınıza gələn bir hadisə, liseyi bitirdiyiniz gün, universitet diplomunuzu aldığınız an, evliliyiniz və bunun kimi daha minlərlə hadisə əslində Allah Qatında eyni anda mövcuddur. Bu hadisələrin heç biri itməmiş və sonsuza qədər canlı olaraq mövcud olacaq.

Bu ana qədər yer üzündə yaşanmış bütün hadisələr Allah Qatında bir anda yaşanmaqdadır. Hz. Musanın (ə.s), Hz. İbrahimin (ə.s), Hz. Əyyubun (ə.s), Hz. Nuhun (ə.s), Hz. Süleymanın (ə.s), Hz. Məhəmmədin (s.ə.v.) və digər peyğəmbərlərin həyatlarından verilən nümunələr də onların yaşadıqları hadisələrin zamanı ilə bizim yaşadığımız zaman da eynidir və bizim nəvələrimizin, hətta onların nəvələrinin və qiyamətə qədər yaşayacaq bütün insanların həyatları da eyni zamanda davam edir. Üstəlik bu insanlar Allaha iman edənlər bu anda cənnətdədirlər, inkarçılar isə bu an cəhənnəmdə əzab çəkirlər.
Peyğəmbərimizin (s.ə.v.) yaşadığı hadisələrin heç biri itməmişdir, sonsuza qədər Allah Qatında dayanacaq. Bu hadisələr bizə 1400 il əvvəl olmuş kimi qəbul etdirilir, amma əslində bu an Peyğəmbərimiz (s.ə.v.) Miracdadır, bu an yanındakı yoldaşı ilə birlikdə mağaraya sığınmışdır. Peyğəmbərimiz (s.ə.v.) bu an Bədəvilərə təbliğ edir. Bu hadisələr yaşanmış və bitmiş hadisələr deyil. Əksinə sonsuza məhkum edilmiş, yox olması mümkün olmayan hadisələrdir. Ancaq bunların heç biri bizim yaddaşımızda olmadığı, ya da canlandırılmadığı üçün biz görmürük, şahid olmuruq, ya da yaşamırıq. http://www.islamexlaqi.com/post_viewer.php?id=4

Allah Qatında hər hadisənin bir anda meydana gəlməyini belə bir misalla da açıqlaya bilərik: Qarşınızda böyük bir şəhərin xəritəsinin olduğunu düşünün. Xəritədə şəhərin prospektləri, küçələri, bu küçələrdə irəliləyən nəqliyyat vasitələri, sağa-sola düzülmüş binalar və insanlar çəkilmiş olsun. Bu xəritədə şəhərin bir yerindən başqa yerinə çatmağa çalışan bir adamın görüntüsünün də çəkildiyini fərz edin. İndi bu adam üçün şəhərin bir yerindən digərinə qədər olan məsafə müəyyən bir uzaqlıqdadır və bu uzaqlığı dəf etməsi üçün də müəyyən bir zaman lazımdır. Adam ancaq bilmədiyi zaman sonunda istədiyi yerə çatmış olacaq. Eyni anda iki yerdə birdən olması mümkün deyil. Amma bu vəziyyət xəritəyə kənardan baxan bir adama aid deyil. Siz xəritəyə baxdığınızda şəhərin bir yerindən digərinə qədər olan hər şeyi bir anda görə bilərsiniz, üstəlik bunun üçün bir zamana da ehtiyacınız yoxdur.

Allahın Xaliq adı "Hər şeyin varlığını və varlığı boyunca keçirəcəyi halları, hadisələri təyin və təsbit edən və ona görə yaradan, yoxluqdan var edən" mənasındadır. Allah Xaliq sifəti ilə insanları ana bətnində yaratdığı andan etibarən onlar üçün sonsuzluq da başlamışdır. İnsan ana bətnində keçirdiyi inkişaf mərhələlərini, əlbəttə ki, xatırlamaz, ancaq bunun hər anı Allah Qatında mövcuddur və qətiyyən itməz. İnsanın körpəlik və böyümə mərhələləri də öz yaddaşından silinər. İnsan Allah göstərmədiyi müddətdə bu kadrları görə bilməz, bəzilərini də yalnız xatirə olaraq bilər. Yaşadığı an gördüyü şeylər isə yalnız özünə hiss etdirilən hisslərdir. Lakin Allahın sonsuz yaddaşında hər şey olduğu kimi saxlanılır. İnsanların yaşadıqları hadisələr, başlarına gələn hadisələri və həyatlarındakı hər şeyi Allah yaratmışdır və heç biri yox olmaz. Bu ona görədir ki, siz göylərdə və yerdə olanların Allaha bəlli olmasını və Allahın hər şeyi Bilən olduğunu anlayasınız.”  (Maidə surəsi, 97) ayəsində bildirildiyi kimi, hər şey Allah Qatında mühafizə edilir.

Biz 5 duyğu orqanımız vasitəsilə hiss edir və yaşayırıq. Beş duyğunun icazə verdiyi şeyləri qəbul edir, bunun xaricinə heç bir zaman çıxa bilmirik. Yaşadığımız zamanı və məkanı da belə hiss edirik. Beynimiz 5 duyğu ilə bir varlığı təsbit edə bilmirsə, o varlıq üçün "yox oldu" deyirik. Buna bağlı olaraq yaddaşımız hansı hadisəni, ya da görüntünü mühafizə etsə, o bizim üçün vardır, yəni diridir, nəyi unutsa, artıq o bizim üçün yoxdur. Başqa sözlə desək, yaddaşımızda olmayan varlıqlar və hadisələr bizim üçün ölmüşdür, keçmişdir, yox olmuşdur.
Lakin bu, yalnız insanlara aiddir, çünki yalnız insanların yaddaşı məhduddur. Allahın yaddaşı isə sərhədsiz və sonsuzdur. Ancaq bunu da qeyd etmək lazımdır ki, "Allahın yaddaşı" anlayışının istifadə edilməsi yalnız mövzunu açıqlayamaq məqsədi daşıyır, yoxsa iki yaddaş arasında hər hansı bir müqayisə, ya da bənzətmə edilməsi əsla mümkün deyil. Allah hər şeyi yoxdan var edən və hər şeyi incəliyinə qədər biləndir.
Allah Quranda Özünü bəzi sifətləri ilə tanıtmışdır. Bunlardan biri də Hafiz, yəni "görülən bütün işləri incəliyinə qədər saxlayan, qoruyan, mühafizə edən" sifətidir və bu sözün ardında çox əhəmiyyətli sirlər gizlidir. http://www.deriniman.org/

Maddənin əsli ilə zamansızlıq və məkansızlıq mövzularını təhlil etdiyimiz bu hissədə izah edilənlər, əslində son dərəcə açıq həqiqətlərdir. Daha əvvəl də ifadə edildiyi kimi bunlar bir fəlsəfə və ya bir düşüncə forması deyil, inkar edilməsi mümkün olmayan elmi həqiqətlərdir. Texniki bir həqiqət olmasının xaricində ağıla əsaslanan və məntiqi dəlillər də bu mövzuda başqa alternativə yer vermir: Kainat, onu meydana gətirən maddələr və içindəki insanlarla və zamanla birlikdə bir görüntü varlıqdır. Yəni əsli ilə əlaqədə ola bilmədiyimiz, zehində yaşanan bir hisslər toplusudur.
Materialistlər bu həqiqəti anlamaqda çətinlik çəkirlər. Materialistlərin bu mövzunu anlaya bilməmələrinin əsl səbəbi isə anladıqlarında qarşı-qarşıya qalacaqları həqiqətin şüuraltında böyük bir qorxu meydana gətiməsidir. Lincoln Barnett bu mövzunun yalnız "sezilməsinin" belə materialist elm adamlarını qorxutduğunu və narahat etdiyini belə ifadə edir:

Müasir elmin bu tapıntılarının bizə göstərdiyi nəticə zamanın materialistlərin sandığı kimi mütləq bir həqiqət deyil, nisbi olaraq qəbul edilməsidir. Bu mövzudakı əhəmiyyətli həqiqət isə XX əsrə qədər elmin fərqində olmadığı bu həqiqətin bundan 14 əsr əvvəl endirilmiş Quranda bildirilməsidir. Quran ayələrində zamanın nisbi bir anlayış olduğunu göstərən şərhlər mövcuddur.
Müasir elm tərəfindən təsdiqlənən, zamanın psixoloji bir qəbul olduğu, yaşanan hadisəyə, məkana və şərtlərə görə fərqli hiss edilmə həqiqətini bir çox Quran ayəsində görmək mümkündür. Məsələn, bir insanın bütün həyatı Quranda bildirildiyinə görə çox qısa bir müddətdir:

Bu mövzuda fikir yürüdən filosof və elm adamlarından nümunələr verərək mövzunu daha yaxşı izah edək. Nobel mükafatı almış məşhur genetika professoru və alim François Jacob “Mümkünlərin Oyunu” adlı kitabında zamanın geriyə axması ilə əlaqədar bunları izah edir:
Sondan başlayaraq göstərilən filmlər zamanın tərsinə doğru axacağı bir dünyanın nəyə bənzəyəcəyini düşünməyimizə imkan verir. Südün fincandakı qəhvədən ayrılacağı və süd qabına çatmaq üçün havaya atılacağı bir dünya: işıq dəstələrinin bir qaynaqdan fışqıracaq yerdə bir tələnin (çəkim mərkəzinin) içində toplanmaq üçün divarlardan çıxacağı bir dünya; saysız damlaların heyrət verici əməkdaşlıqla suyun xaricinə doğru atılan bir daşın bir insanın ovucuna qonmaq üçün tullanacağı bir dünya. Amma zamanın tərsinə çevrildiyi belə bir dünyada, beynimizin müddətləri və yaddaşımızın meydana gəlməsi də eynilə tərsinə çevrilmiş olacaq. Keçmiş və gələcək üçün də eyni şey olacaq və dünya büsbütün bizə göründüyü kimi görünəcək.

Zaman dediyimiz hiss əslində bir anı bir başqa anla müqayisə etmə üsuludur. Bunu bir misalla açıqlaya bilərik: Bir cismə vurduğumuzda ondan səs çıxar. Eyni cismə bir daha vurduğumuzda yenidən səs çıxar. Adam birinci səs ilə ikinci səs arasında bir müddət olduğunu düşünər və bu müddətə "zaman" deyər. Halbuki ikinci səsi eşitdiyi anda, birinci səs yalnız zehinindəki bir xəyaldan ibarətdir. Yalnız yaddaşında var olan bir məlumatdır. Adam yaddaşında olanı yaşadığı anla müqayisə edərək zaman qəbulunu əldə edər. Əgər bu müqayisə olmasa zaman hissi də olmayacaq.

Türkiyədəki materialistlər arasında baş verən və burada yalnız bir neçə nümunə ilə göstərdiyimiz çaxnaşma atmosferi əslində materialistlərin tarix boyunca qarşılaşmadıqları böyük bir məğlubiyyətlə üz-üzə olduqlarını göstərir. Maddənin əsli ilə əlaqədə olmadığımız həqiqəti müasir elm tərəfindən isbat edilmişdir və çox açıq, qəti, güclü bir şəkildə ortaya qoyulmuşdur. Materialistlər kor-koranə inandıqları, bel bağladıqları, güvəndikləri maddi dünyanın içindəki hər şeylə birlikdə tamamilə yox olduqlarını görür və buna qarşı heç bir şey edə bilmirlər.
Tarix boyunca materialist düşüncə həmişə var oldu və bu insanlar özlərindən və müdafiə etdikləri fəlsəfədən əmin olaraq onları yaratmış Allaha qarşı cahilcə baş qaldırdılar.


 Materialistlər burada izah etdiklərimizin fəlsəfi bir dünyagörüş olduğunu iddia edirlər. Halbuki bizim "xarici dünya"nın əsli ilə heç bir zaman əlaqədə olmadığımız bir fəlsəfə deyil, elmi həqiqətdir. Görüntünün və hisslərin beyində necə meydana gəlməsi bütün tibb fakültələrində ətraflı şəkildə tədris edilir. Başda müasir fizika olmaqla, XX əsr elminin ortaya qoyduğu həqiqətlər maddənin konkret bir həqiqətə sahib olmadığını, hər kəsin birmənalı olaraq "beynindəki ekran"ı izlədiyini açıqca göstərir.
Bunu istər ateist olsun, istər buddist, istər başqa bir dünyagörüşə, ya da düşüncəyə sahib olsun elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist Allahın varlığını inkar edə bilər, amma bu elmi həqiqəti inkar edə bilməz.

Politzerin yol qəzası nümunəsini təhlil edək: Bu qəzada avtobusun altında əzilən adamın beş duyğu orqanından beyninə gedən sinirlər bir başqa insanın məsələn, Corc Politzerin beyninə paralel bir əlaqə ilə bağlansa, avtobus qəzadakı adamı vurduğu anda evində oturan Politzeri də vuracaq. Daha doğrusu, qəzaya düşən adamın keçirtdiyi hisslərin hamısını, bir musiqi alətinə bağlanan iki kolonkadan eyni mahnının eşidilməsinə bənzər şəkildə, Politzer də keçirəcək. Politzer də evində oturduğu halda avtobusun əyləcinin səsini, avtobusun bədəninə dəyməsini, qolunun qırılmasını və qanının axmasını, ağrılarını, xəstəxanaya aparıldığını, gipsin sərtliyini, qolunun gücsüzlüyünü hiss edəcək və görəcək.

Maddənin əsli ilə əlaqədə olmadıqlarını, yalnız Allahın özlərinə izlətdirdiyi görüntülərlə bağlı olduqlarını bilən insanların bütün həyatları, dünyagörüşləri və mühakimələri dəyişəcək. Bu, həm fərdi, həm də ictimai mənada faydalı bir dəyişiklik olacaq. Çünki bu həqiqəti görən insan Allahın Quranda bildirdiyi üstün mömin əxlaqını heç bir çətinlik çəkmədən yaşayacaq.
Dünyaya əhəmiyyət verməyən, maddənin xəyal olduğunu anlayan insanlar üçün əhəmiyyət verilməli şey mənəviyyat olacaq. Allahın hər an onu eşitdiyini və gördüyünü bilən, etdiyi hər hərəkətdən axirətdə hesab verəcəyini dərk edən bir adam təbii olaraq gözəl əxlaqlı olacaq, Allahın əmr və qadağalarına itaət edəcək. Beləcə, cəmiyyətdə hər kəs bir-birinə qarşı sevgi və hörmət bəsləyəcək, gözəl davranışlarla bir-birilə yarışacaq. İnsanlar arasındakı dəyər mühakimələri dəyişəcək, maddə dəyərini itirəcək, beləcə insanlar arasında üstünlük mövqeyə görə deyil, əxlaqa və təqvaya görə olacaq.Heç kim əsli xəyal olan şeylərin arxasından qaçmayacaq, hər kəs həqiqətin arxasından gedəcək. İnsanlar nə düşünərlər?" zehniyyəti ilə deyil, "nə etsəm Allah məndən razı olar?" düşüncəsi ilə hərəkət edəcəklər. Mal, mülk və mövqedən qaynaqlanan qürur, özünü bəyənmək hisslərini təvazökarlıq və acizliyini çox yaxşı anlamaq hissi əvəz edəcək. Bu səbəbdən insanlar Quranda bəhs edilən bütün gözəl əxlaq nümunələrini sevərək və istəyərək yaşayacaqlar. Bu sayılan dəyişikliklər isə günümüzdəki cəmiyyətlərinin bir çox problemini təbii olaraq ortadan qaldıracaq.

Bütün bu həqiqətlər bizi çox əhəmiyyətli bir sualla daha qarşı-qarşıya qoyur: Madam ki, maddi dünyanın əslinə dair heç bir şey bilmirik və yalnız beynimizdəki kopiya görüntülərlə əlaqədəyik, o halda bu görüntülərin qaynağı nədir?...
Yaxşı, bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz hər şeyi həmişə seyr etdirən kimdir?
Aydındır ki, yaşadığımız bütün maddi kainatı yaradan və həmişə yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Bu Yaradıcı sonsuz bir güc və məlumat sahibidir.
O Yaradıcı aləmlərin Rəbbi olan Allahdır.
Göylərin və yerin, yəni kainatın sabit və qərarlı olmadığı, yalnız Allahın yaratması ilə varlıq tapdıqları və O yaratmağı dayandırdığında yox olacaqları bir ayədə belə ifadə edilir:






 
Bura qədər aydın olduğu kimi, içində yaşadığımızı sandığımız və "xarici dünya" dediyimiz maddi dünyanın əsli ilə heç bir zaman əlaqədə ola bilmərik. Amma bu zaman belə bir sual meydana çıxır: Bildiyimiz heç bir maddi varlığın əslinə çata bilmiriksə, o halda beynimiz nədir? Beynimiz də qolumuz, qıçımız və ya başqa hər hansı bir obyekt kimi maddi dünyanın bir parçası olduğuna görə, onun da əslinə heç bir zaman çata bilmərik.
Beyini analiz etdiyimizdə qarşımıza digər canlı orqanlarda da olan zülal və yağ molekullarından fərqli bir şey çıxmaz. Yəni beyin dediyimiz ət parçasında görüntüləri seyr edərək şərh edəcək, şüuru meydana gətirəcək, qısacası "mən" dediyimiz şeyi var edə biləcək bir şey yoxdur.
R. L. Gregory beyinin içində görüntünün yaranması ilə əlaqədar insanların düşdükləri bir yanılmanı belə dilə gətirir:

İnsan xarici dünya olmadan da hissləri bütün canlılığı ilə yaşaya bilər və buna verilə biləcək ən bariz nümunə, daha əvvəl də bəhs etdiyimiz kimi, yuxulardır. Bir insan yuxu əsnasında gözləri bağlı yatağında yatır. Ancaq buna baxmayaraq, həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, xəbərdarlıqların hamısını yuxularında, həqiqətlərdən ayırd edilə bilməyəcək qədər həqiqi hesab edir. Bu həqiqətə bu kitabı oxuyan insanların hamısı şəxsən öz yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit bir mühitdə tək yatan bir insan yuxusunda özünü izdiham bir məkanda, bir təhlükədə görə bilər. Bu təhlükədən qaçdığını, bir divarın arxasında gizləndiyini həyatdakı kimi yaşaya bilər. Hətta yuxusunda gördükləri o qədər həqiqidir ki, qorxu və çaxnaşma duyğusunu həqiqətən hiss edər. Hər səs-küydə ürəyi ağzına gələr, qorxudan titrəyər, ürəyi sürətlə vurar, tərləyər, insan bədəni təhlükə anlarında nələri hiss edirsə, fiziki olaraq nə reaksiyalar verirsə hamısını eynilə yaşayar.


Gördüyümüz və yaşadığımız hər şeyin beynimizdə var olduğunu, kənarda var olan maddənin əslini heç bilmədiyimizi ortaya qoyan həqiqətlərdən biri də, beynimizdə hisslərin meydana gəlməsi üçün xarici dünyaya ehtiyacımızın olmamasıdır. Bu gün simulyator kimi bir çox texnoloji inkişaf və yuxularımız bu həqiqətin ən əhəmiyyətli dəlilləridir.
Elmi yazıçı Rita Carter “Mapping The Mind” adlı kitabında "görmək üçün gözlərə ehtiyac yoxdur" deyərək, elm adamları tərəfindən reallaşdırılan əhəmiyyətli bir təcrübəyə yer vermişdir. Təcrübədə görmə qüsurlu insanlara video şəkillərini titrəşmələrə çevirən bir cihaz taxıldı. Bu insanların gözlərinin yanına taxılan bir kamera isə siqnalları beyinə göndərirdi. Beləcə, onlar daim vizual dünyadan siqnallar ala bilirdi. Xəstələr bir müddət sonra həqiqətən görürmüş kimi davranmağa başladılar. Məsələn, cihazlardan birində görüntünü yaxınlaşdırmaq üçün bir lens vardı. Bu lens xəstə xəbərdar edilmədən işlədildiyində, xəstə görüntünün böyüyərək üzərinə gəldiyini gördüyü üçün iki qolu ilə özünü qorumalı olurdu.
Bu təcrübədən göründüyü kimi, hisslərimizin meydana gəlməsi üçün xarici dünyada maddi obyektlərin olması şərt deyil. Bütün siqnallar süni olaraq da yaradıla bilir

Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və "maddə", "dünya", ya da "kainat" dediyimiz anlayışların əsli ilə heç bir zaman əlaqədə olmarıq, biz bunların yalnız beynimizdəki kopiyalarını bilərik.
Məsələn, meyvə yeyən biri əslində meyvənin beynindəki qəbulu ilə əlaqədədir, əsli ilə deyil. Adamın "meyvə" deyə xarakterizə etdiyi şey, meyvənin forması, dadı, qoxusu və sərtliyinə aid elektrik siqnalının beyində qəbul edilməsindən ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görünüşü də bir anda yox olar. Və ya burundakı qəbuledicilərdən beyinə uzanan sinirdəki bir qopuqluq olsa, qoxu qəbulunuzu tamamilə ortadan qaldırar. Çünki meyvə bəzi elektrik siqnallarını beyinin şərh etməsindən başqa bir şey deyil.


Görmə əməliyyatı çoxmərhələli bir şəkildə reallaşır. Görmə əsnasında hər hansı bir cisimdən gələn işıq dəstələri (fotonlar) gözün önündəki lensin içindən qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs şəkildə düşürlər. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən fotonlar sinirlər vasitəsilə beyinin arxa qismindəki görmə mərkəzi adlanan kiçik bir bölgəyə çatırlar. Bu elektrik siqnalı bir neçə əməliyyatdan sonra beyindəki bu mərkəzdə görün olaraq yaranır. Yəni görmə hadisəsi əslində beyinin arxasındakı kiçik, işığın heç zaman girə bilmədiyi, qapqaranlıq bir bölgədə reallaşır.
İndi, ümumiyyətlə hamının bildiyi bu məlumat üzərində bir daha diqqətli şəkildə düşünək: Biz "görürəm" deyərkən, əslində gözümüzə gələn fotonların elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi "təsir"i görürük. Yəni "görürəm" deyərkən, əslində beynimizdəki elektrik siqnallarını seyr edirik.

Yaşadığımız dünya ilə əlaqədar bütün məlumatlar bizə beş duyğu orqanımız vasitəsilə verilir. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyarıq. Doğulduğumuz andan etibarən bu duyğulara bağlı olduğumuz üçün "xarici dünya"nın duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik.
Halbuki, bu gün bir çox elm sahəsində aparılan tədqiqatlar son dərəcə fərqli bir anlayışı özü ilə gətirmiş və bu, hisslərimiz və qəbul etdiyimiz dünya ilə əlaqədar ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.

Ağıl və vicdanla düşünən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını anlayır. Yaxşı, bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?
Aydındır ki, kainatın hər yerində mövcud olan "yaradılmışlar" kainatın özünün  məhsulu ola bilməz. Məsələn, bir böcək özünü yarada bilməz. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər özlərini yaratmamışlar. Bütün bunların "təsadüfən" meydana gəlməsi də mümkün deyil.
Bu səbəbdən də belə nəticəyə gələ bilərik: Gözümüzlə gördüyümüz hər şey yaradılmışdır... Ancaq gözümüzlə gördüyümüz şeylərin heç biri "Yaradıcı" deyil. Elə isə Yaradıcı gözümüzlə gördüyümüz hər şeydən başqa, üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün bir qüvvədir.

Maddənin ardındakı sirr mövzusu bəzi insanların etirazına səbəb olmuşdur. Bu insanlar bunu səhv anladıqları üçün bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər.
Əvvəlcə qeyd edək ki, bu əsərlərin yazıçısı (Harun Yəhya) əhli-sünnə inancına möhkəm bağlıdır və vəhdəti-vücud təlimini müdafiə edir. Ayrıca unutmamaq lazımdır ki, vəhdəti-vücud təlimi Muhyiddin ibn Ərəbi kimi çox böyük İslam alimi tərəfindən müdafiə olunmuşdur.
Vəhdəti-vücud düşüncəsini izah edən bir çox İslam aliminin keçmişdə bu kitablarda olan bəzi mövzuları izah etdikləri doğrudur. Ancaq Harun Yəhyanın əsərlərində izah edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyil.

Adnan Oktar

Adnan Oktar
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli-mənəvi dəyərlərə çox bağlı olan və inandığı müqəddəs dəyərləri başqa insanlara çatdırmağı insani bir vəzifə kimi qəbul edən Adnan Oktar məfkurə mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində təhsil aldığı dövrlərdə başlamışdır. Tələbəlik illəri boyunca ətrafında hökm sürən materialist fəlsəfə və ideologiyaların azğınlıqları haqqında, onları müdafiə edənlərdən daha çox məlumata və izaha malik olacaq qədər ətraflı tədqiqatlar aparmışdır. Bu məlumatlarının nəticəsində isə milli-mənəvi dəyərlərimizi təhdid edən, separatçı ideologiyaların əsaslarını təşkil edən darvinizmin və təkamül nəzəriyyəsinin dünyaya gətirdiyi zərərlər və bu nəzəriyyənin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı əsərlər hazırlamışdır. "New Scientist" jurnalının 2000-ci il, aprel ayının 22-dəki sayındakı ifadə ilə desək, təkamül nəzəriyyəsinin və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində cənab Oktar "beynəlxalq bir qəhrəman"a çevrilib.

harunyahya.tv

Çevremizdeki nimetler

İmtihanın sırrı

Gören göz değildir

İman hakikatleri

sehifeler


sayğac