Maddənin ardındakı sirr mövzusu bəzi insanların etirazına səbəb olmuşdur. Bu insanlar bunu səhv anladıqları üçün bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər.
Əvvəlcə qeyd edək ki, bu əsərlərin yazıçısı (Harun Yəhya) əhli-sünnə inancına möhkəm bağlıdır və vəhdəti-vücud təlimini müdafiə edir. Ayrıca unutmamaq lazımdır ki, vəhdəti-vücud təlimi Muhyiddin ibn Ərəbi kimi çox böyük İslam alimi tərəfindən müdafiə olunmuşdur.
Vəhdəti-vücud düşüncəsini izah edən bir çox İslam aliminin keçmişdə bu kitablarda olan bəzi mövzuları izah etdikləri doğrudur. Ancaq Harun Yəhyanın əsərlərində izah edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyil.
Məsələn, vəhdəti-vücud düşüncəsini müdafiə edənlərin bir qismi Qurana və əhli-sünnə inancına zidd olan bəzi iddialar etmişlər. Məsələn, Allahın yaratdığı varlıqları tamamilə yox saymışlar. Halbuki, maddənin ardındakı sirr mövzusu izah edilərkən qətiyyən bu cür iddialara yer verilmir. Bu mövzu Allahın bütün varlıqları yaratdığını, ancaq yaratdığı varlıqların əslini Allahın gördüyünü, insanların isə bu varlıqların beyinlərində yaranan görüntülərini görə bildiklərini açıqlayır.
Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısacası hər şey Allahın Quranda yoxdan var etdiyini ifadə etdiyi hər varlıq yaradılmışdır və mövcuddur. Ancaq insanlar bu varlıqların əslini duyğu orqanları vasiləsilə görə bilməz, hiss edə bilməz və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri bu varlıqların beyinlərindəki kopiyalarıdır. Bu elmi bir həqiqətdir və bu gün başda tibb fakültələri olmaqla bütün məktəblərdə öyrədilən elmi bir mövzudur. Məsələn, bu anda bu yazını oxuyan bir insan bu yazının əslini görə bilməz, bu yazının əslinə toxuna bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı beyinin arxasındakı görmə mərkəzinə gedərək, bu mərkəzi xəbərdar edir və insanın beyninin arxasında bu yazının görüntüsü meydana gəlir. Yəni siz bu anda gözünüzlə, gözünüzün önündəki bir yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində meydana gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı "kopiya yazı"dır. Bu yazının əslini isə Allah görür.
Nəticə olaraq, maddənin beynimizdə yaranan bir xəyal olması, onun olmaması mənasına gəlməz. Ancaq bizə hiss etdiyimiz maddənin mahiyyəti haqqında məlumat verər ki, bu da maddənin əsli ilə heç bir insanın əlaqədə ola bilməməsi həqiqətidir.
Kənarda Maddə Var, Ancaq Biz Maddənin Əslinə Çata bilmərik!
Maddə xəyaldır demək, maddənin olmaması mənasına gəlməz. Əksinə, biz görsək də, görməsək də maddi bir dünya vardır. Ancaq biz bu dünyanı beynimizin içində bir kopiya olaraq, başqa sözlə desək, hisslərimizlə görürük. Bu səbəbdən maddə bizim üçün xəyaldır. Kənarda maddənin varlığını bizdən başqa görən varlıqlar da vardır. Allahın mələkləri, yazıçı olaraq təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər:

Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi, 17-18)

Hər şeydən vacibi odur ki, Allah hər şeyi görür. Bu dünyadakı hər şeyi Allah yaratmışdır və yaratdığı hər şeyi də O görür. Quran ayələrində belə xəbər verilir:

... Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 233)

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”. (İsra surəsi, 96)

Bundan başqa, unutmamaq lazımdır ki, Allah bütün hadisələri "Lövhi-Məhfuz" adlı kitabda yazılı şəkildə saxlayır. Biz görməsək də bunların hamısı Lövhi-Məhfuzda vardır. Hər şeyin Allahın Qatında Lövhi-Məhfuz adlandırılan "Ana Kitab"da saxlandığı bu şəkildə bildirilir:

Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur. (Zuxruf surəsi, 4)

... Bizdə (hər şeyi) qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır. (Qaf surəsi, 4)

Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75 )

0 şərh:

Отправить комментарий

Adnan Oktar

Adnan Oktar
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli-mənəvi dəyərlərə çox bağlı olan və inandığı müqəddəs dəyərləri başqa insanlara çatdırmağı insani bir vəzifə kimi qəbul edən Adnan Oktar məfkurə mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində təhsil aldığı dövrlərdə başlamışdır. Tələbəlik illəri boyunca ətrafında hökm sürən materialist fəlsəfə və ideologiyaların azğınlıqları haqqında, onları müdafiə edənlərdən daha çox məlumata və izaha malik olacaq qədər ətraflı tədqiqatlar aparmışdır. Bu məlumatlarının nəticəsində isə milli-mənəvi dəyərlərimizi təhdid edən, separatçı ideologiyaların əsaslarını təşkil edən darvinizmin və təkamül nəzəriyyəsinin dünyaya gətirdiyi zərərlər və bu nəzəriyyənin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı əsərlər hazırlamışdır. "New Scientist" jurnalının 2000-ci il, aprel ayının 22-dəki sayındakı ifadə ilə desək, təkamül nəzəriyyəsinin və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində cənab Oktar "beynəlxalq bir qəhrəman"a çevrilib.

harunyahya.tv

Çevremizdeki nimetler

İmtihanın sırrı

Gören göz değildir

İman hakikatleri

sehifeler


sayğac