Bütün bu həqiqətlər bizi çox əhəmiyyətli bir sualla daha qarşı-qarşıya qoyur: Madam ki, maddi dünyanın əslinə dair heç bir şey bilmirik və yalnız beynimizdəki kopiya görüntülərlə əlaqədəyik, o halda bu görüntülərin qaynağı nədir?...
Yaxşı, bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz hər şeyi həmişə seyr etdirən kimdir?
Aydındır ki, yaşadığımız bütün maddi kainatı yaradan və həmişə yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Bu Yaradıcı sonsuz bir güc və məlumat sahibidir.
O Yaradıcı aləmlərin Rəbbi olan Allahdır.
Göylərin və yerin, yəni kainatın sabit və qərarlı olmadığı, yalnız Allahın yaratması ilə varlıq tapdıqları və O yaratmağı dayandırdığında yox olacaqları bir ayədə belə ifadə edilir:

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır.  (Fatir surəsi, 41)

Daha əvvəl də qeyd etdiyimiz kimi, insanların çoxu Allahın gücünü qavraya bilmədiklərindən böyük bir cəhalətlə Uca Allahı göylərdə bir yerdə olan və dünya işlərinə müdaxilə etməyən bir varlıq olaraq düşünürlər (Allahı tənzih edirik). Bu azğın məntiqin əsası kainatın yalnız maddələrdən ibarət olduğunu, Allahın isə bu maddələrin "xaricində" haradasa bir yerdə olmasıdır (Allahı tənzih edirik).
Həqiqi mütləq varlıq Allahdır. Yəni var olan yalnız Allahdır, maddə mütləq varlıq deyil. Kənarda var olan maddələr dünyası Allahın üstün yaradışının bir əsəridir. Allah "hər yerdə"dir və hər yeri sarıb-bürümüşdür. Bu həqiqət Quranda belə açıqlanır:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

Allahın məkandan münəzzəh olduğu və hər yeri sarıb-bürüdüyü həqiqəti bir başqa ayədə də belə bildirilmişdir:

Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.  (Bəqərə surəsi, 115)

Bu həqiqətin qavranması tək olan Allaha şərik qoşmadan iman etməklə meydana gələr. Çünki Allahdan başqa bütün varlıqların kölgə varlıqlar olduqlarını bilən bir insan qəti bir imanla  "yalnız Allah vardır, Ondan başqa ilah (güc sahibi varlıq) yoxdur" deyər.
Allahı gözləri ilə görmədiyi üçün Allahın varlığına inanmayanların materialist iddiaları da maddənin əsl mahiyyəti öyrənildiyində tamamilə yox olar. Çünki bu həqiqəti öyrənən adam öz varlığının bir xəyal xüsusiyyətində olduğunu anlayar. Xəyal olan bir varlığın isə mütləq olan bir varlığı görə bilməyəcəyini qavrayar. Quranda insanların Allahı görə bilmədiyi, amma Onun gördüyünü Rəbbimiz belə açıqlayır:

Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir.... (Ənam surəsi, 103)

Əlbəttə ki, biz insanlar Allahın varlığını gözlərimizlə görə bilmərik. Amma bilirik ki, Allah bizim daxilimizi, xaricimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə etmişdir. Bu səbəblə Allah Quranda "qulaqlara və gözlərə hakim" (Yunus surəsi, 31) olduğunu bildirir. Allahın məlumatı xaricində biz bir söz belə deyə bilmərik, hətta bir nəfəs də ala bilmərik. Buna görə də, Allah bizim etdiyimiz hər şeyi bilir. Bu vəziyyət Quranda da belə ifadə edilmişdir:

Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. (Ali-İmran surəsi, 5)

Maddənin əsli ilə əlaqədə olduğumuzu sanaraq, beynimizdəki kopiya dünyanı seyr edərkən də, yəni həyatımızı sürərkən bizə ən yaxın olan varlıq Allahdır. Allahın Quranda bildirdiyi "İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. " (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətdə gizlidir. Allah insanı ətraflı şəkildə əhatə etmişdir və ona "sonsuz yaxın"dır.
Allah insanlara "sonsuz yaxın" olduğunu "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam..." (Bəqərə surəsi, 186) ayəsi ilə də bildirir. Bir başqa ayədə keçən "Rəbbin insanları əhatə etmişdir" (İsra surəsi, 60) ifadəsi də həmin həqiqəti xəbər verir.
İnsan özünə ən yaxın olan varlığın özü olduğunu sanaraq yanılır. Halbuki Allah bizə özümüzdən də yaxındır. "(Can) boğaza yetişdiyi zaman həmin an siz (can verən adama) baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz.." (Vaqiə Surəsi, 83-85) ayəsi ilə də bu həqiqəti bildirmişdir. Ancaq ayədə də bildirildiyi kimi, bəzi insanlar gözləri ilə görmədikləri üçün bu fövqəladə həqiqətdən xəbərsiz yaşayarlar. Onları yaradanın Allah olduğunu qəbul edər, ancaq gördükləri işlərin özlərinə aid olduğunu zənn edərlər. Halbuki, insanın hər hərəkəti Allahın iznilə yaradılır. Məsələn, bir kitab yazan insan Allahın iznilə o kitabı yazır. Kitabdakı hər cümlə, hər fikir, hər paraqraf Allahın diləməsilə meydana gəlir. Allah bu əhəmiyyətli həqiqəti bir çox ayəsi ilə bildirir. Bu ayələrdən biri də budur: "...sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”. (Saffat surəsi, 96) Allah "... atdığın zaman sən atmadın, Allah atdı..." (Ənfal surəsi, 17) ayəsi ilə isə hər etdiyimizin Özünə aid hərəkətlər olduğunu bildirir.
Həqiqət budur. Bir insan bunu qəbul etməyə bilər, amma bu heç nəyi dəyişdirməz.

0 şərh:

Отправить комментарий

Adnan Oktar

Adnan Oktar
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli-mənəvi dəyərlərə çox bağlı olan və inandığı müqəddəs dəyərləri başqa insanlara çatdırmağı insani bir vəzifə kimi qəbul edən Adnan Oktar məfkurə mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində təhsil aldığı dövrlərdə başlamışdır. Tələbəlik illəri boyunca ətrafında hökm sürən materialist fəlsəfə və ideologiyaların azğınlıqları haqqında, onları müdafiə edənlərdən daha çox məlumata və izaha malik olacaq qədər ətraflı tədqiqatlar aparmışdır. Bu məlumatlarının nəticəsində isə milli-mənəvi dəyərlərimizi təhdid edən, separatçı ideologiyaların əsaslarını təşkil edən darvinizmin və təkamül nəzəriyyəsinin dünyaya gətirdiyi zərərlər və bu nəzəriyyənin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı əsərlər hazırlamışdır. "New Scientist" jurnalının 2000-ci il, aprel ayının 22-dəki sayındakı ifadə ilə desək, təkamül nəzəriyyəsinin və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində cənab Oktar "beynəlxalq bir qəhrəman"a çevrilib.

harunyahya.tv

Çevremizdeki nimetler

İmtihanın sırrı

Gören göz değildir

İman hakikatleri

sehifeler


sayğac