Maddənin əsli ilə əlaqədə olmadıqlarını, yalnız Allahın özlərinə izlətdirdiyi görüntülərlə bağlı olduqlarını bilən insanların bütün həyatları, dünyagörüşləri və mühakimələri dəyişəcək. Bu, həm fərdi, həm də ictimai mənada faydalı bir dəyişiklik olacaq. Çünki bu həqiqəti görən insan Allahın Quranda bildirdiyi üstün mömin əxlaqını heç bir çətinlik çəkmədən yaşayacaq.
Dünyaya əhəmiyyət verməyən, maddənin xəyal olduğunu anlayan insanlar üçün əhəmiyyət verilməli şey mənəviyyat olacaq. Allahın hər an onu eşitdiyini və gördüyünü bilən, etdiyi hər hərəkətdən axirətdə hesab verəcəyini dərk edən bir adam təbii olaraq gözəl əxlaqlı olacaq, Allahın əmr və qadağalarına itaət edəcək. Beləcə, cəmiyyətdə hər kəs bir-birinə qarşı sevgi və hörmət bəsləyəcək, gözəl davranışlarla bir-birilə yarışacaq. İnsanlar arasındakı dəyər mühakimələri dəyişəcək, maddə dəyərini itirəcək, beləcə insanlar arasında üstünlük mövqeyə görə deyil, əxlaqa və təqvaya görə olacaq.Heç kim əsli xəyal olan şeylərin arxasından qaçmayacaq, hər kəs həqiqətin arxasından gedəcək. İnsanlar nə düşünərlər?" zehniyyəti ilə deyil, "nə etsəm Allah məndən razı olar?" düşüncəsi ilə hərəkət edəcəklər. Mal, mülk və mövqedən qaynaqlanan qürur, özünü bəyənmək hisslərini təvazökarlıq və acizliyini çox yaxşı anlamaq hissi əvəz edəcək. Bu səbəbdən insanlar Quranda bəhs edilən bütün gözəl əxlaq nümunələrini sevərək və istəyərək yaşayacaqlar. Bu sayılan dəyişikliklər isə günümüzdəki cəmiyyətlərinin bir çox problemini təbii olaraq ortadan qaldıracaq.

Kiçik mənfəətləri üçün əsəbləşən, hirslənən, təcavüzkar olan insanların yerini hər gördüyünün Allahın ona izlətdirdiyi görünlər olduğunu bilən, bu səbəblə qəzəb, hirslənmək, qışqırıb-çığırma kimi reaksiyaların özünü hörmətdən salacağını dərk edən insanlar tutacaq. Bu sayədə insanlara və cəmiyyətlərə rahatlıq və güvən hakim olacaq, hər kəs həyatından və sahib olduqlarından razı olacaq. İnsanlardan gizlədilən bu həqiqətin insanlara və cəmiyyətlərə qazandıracağı nemətlərin bir qismi bunlardır. Bu həqiqətin bilinməsi, düşünülməsi və yaşanması ilə birlikdə insanlar daha bir çox gözəlliklərə qovuşacaqlar. Bu gözəlliklərə qovuşmaq istəyənlərin edəcəyi şey isə bu böyük həqiqəti yaxşıca düşünmək və anlamağa cəhd göstərməkdir. Allah bir ayəsində belə bildirmişdir:

(De:) “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim (onları) görsə, (xeyri) onun özünə, kim kor olsa (zərəri) onun öz əleyhinə olar.... (Ənam surəsi, 104)

0 şərh:

Отправить комментарий

Adnan Oktar

Adnan Oktar
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli-mənəvi dəyərlərə çox bağlı olan və inandığı müqəddəs dəyərləri başqa insanlara çatdırmağı insani bir vəzifə kimi qəbul edən Adnan Oktar məfkurə mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində təhsil aldığı dövrlərdə başlamışdır. Tələbəlik illəri boyunca ətrafında hökm sürən materialist fəlsəfə və ideologiyaların azğınlıqları haqqında, onları müdafiə edənlərdən daha çox məlumata və izaha malik olacaq qədər ətraflı tədqiqatlar aparmışdır. Bu məlumatlarının nəticəsində isə milli-mənəvi dəyərlərimizi təhdid edən, separatçı ideologiyaların əsaslarını təşkil edən darvinizmin və təkamül nəzəriyyəsinin dünyaya gətirdiyi zərərlər və bu nəzəriyyənin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı əsərlər hazırlamışdır. "New Scientist" jurnalının 2000-ci il, aprel ayının 22-dəki sayındakı ifadə ilə desək, təkamül nəzəriyyəsinin və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində cənab Oktar "beynəlxalq bir qəhrəman"a çevrilib.

harunyahya.tv

Çevremizdeki nimetler

İmtihanın sırrı

Gören göz değildir

İman hakikatleri

sehifeler


sayğac