Ağıl və vicdanla düşünən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını anlayır. Yaxşı, bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?
Aydındır ki, kainatın hər yerində mövcud olan "yaradılmışlar" kainatın özünün  məhsulu ola bilməz. Məsələn, bir böcək özünü yarada bilməz. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər özlərini yaratmamışlar. Bütün bunların "təsadüfən" meydana gəlməsi də mümkün deyil.
Bu səbəbdən də belə nəticəyə gələ bilərik: Gözümüzlə gördüyümüz hər şey yaradılmışdır... Ancaq gözümüzlə gördüyümüz şeylərin heç biri "Yaradıcı" deyil. Elə isə Yaradıcı gözümüzlə gördüyümüz hər şeydən başqa, üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün bir qüvvədir.
Allahın varlığını tanımayanların sapdığı nöqtə də buradadır. Bu insanlar Allahı gözləri ilə görməyənə qədər özlərini Onun varlığına iman etməməyə yönəltmişlər. Bu səbəbdən kainatın hər yerində açıq-aşkar görünən "yaradılış" həqiqətini gizlətmək və canlıların yaradılmamış olduğunu iddia etmək məcburiyyətində qalırlar. Bunu etmək üçün də yalanlara əl atırlar. Təkamül nəzəriyyəsi və materialist fəlsəfə də bu yalanların və nəticəsiz çırpınmaların ən diqqətə çarpan iki nümunəsidir.
İnkar edənlərin yanıldıqları əsas məqam, əslində Allahın varlığını inkar etməyən, ancaq azğın bir Allah inancına sahib olan bir çox adam tərəfindən də paylaşılır. Bəzi ölkələrdə cəmiyyətin əksəriyyətini meydana gətirən bu insanlar yaradılışı açıqca inkar etmirlər, ancaq Allahın "harada" olduğuna dair maraqlı batil inancları vardır: onların bir çoxu Allahın "göydə" olduğunu sanır. Batil düşüncəyə görə, Allah çox uzaqda yerləşən bir planetin arxasındadır və çox nadir halda "dünyanın işlərinə" müdaxilə edir. Ya da heç etmir: kainatı yaratmış və başlı-başına buraxmışdır, insanlar qədərlərini (talelərini) özləri təyin edərlər... (Allahı tənzih edirik)
Bəziləri də Allahın Quranda bildirdiyi kimi, Onun "hər yerdə" olduğunu bilir, lakin bunun mənasını tam şəkildə qavraya bilmirlər. Şüurlarındakı batil düşüncə ilə Allahın radio dalğaları, ya da görünməz, hiss edilməz bir qaz kimi maddələri əhatə etdiyini düşünürlər (Allahı tənzih edirik).
Halbuki bu düşüncə və saydığımız başqa misallar Allahın "harada" olduğunu heç cür həll edə bilməyən (bəlkə də buna görə Allahın açıq-aşkar olan varlığını ağılsızca inkar edən) düşüncələr ortaq bir səhvə əsaslanırlar: heç bir əsası olmayan bir fikri mənimsəməklə Allahla əlaqədar zənnə qapılırlar.
Bu hansı fikirdir?
Bu fikir maddənin varlığı və xüsusiyyəti ilə əlaqədardır. Bəzi insanlar maddənin əsl mahiyyəti ilə əlaqədar yanılmalara elə bağlanmışlar ki, bu mövzuda bəlkə də ətraflı şəkildə düşünməmişlər. Halbuki müasir elm maddənin mahiyyəti ilə əlaqədar bu fikri yıxaraq, çox əhəmiyyətli və təsiredici bir həqiqəti ortaya qoymuşdur. Sonrakı səhifələrdə Quranda da işarə edilən bu böyük həqiqəti izah etməyə çalışacağıq.

0 şərh:

Отправить комментарий

Adnan Oktar

Adnan Oktar
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli-mənəvi dəyərlərə çox bağlı olan və inandığı müqəddəs dəyərləri başqa insanlara çatdırmağı insani bir vəzifə kimi qəbul edən Adnan Oktar məfkurə mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində təhsil aldığı dövrlərdə başlamışdır. Tələbəlik illəri boyunca ətrafında hökm sürən materialist fəlsəfə və ideologiyaların azğınlıqları haqqında, onları müdafiə edənlərdən daha çox məlumata və izaha malik olacaq qədər ətraflı tədqiqatlar aparmışdır. Bu məlumatlarının nəticəsində isə milli-mənəvi dəyərlərimizi təhdid edən, separatçı ideologiyaların əsaslarını təşkil edən darvinizmin və təkamül nəzəriyyəsinin dünyaya gətirdiyi zərərlər və bu nəzəriyyənin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı əsərlər hazırlamışdır. "New Scientist" jurnalının 2000-ci il, aprel ayının 22-dəki sayındakı ifadə ilə desək, təkamül nəzəriyyəsinin və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində cənab Oktar "beynəlxalq bir qəhrəman"a çevrilib.

harunyahya.tv

Çevremizdeki nimetler

İmtihanın sırrı

Gören göz değildir

İman hakikatleri

sehifeler


sayğac